XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 18:07

Pərviz Şahbazov:"Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq"

Bu il aprelin 1-i tarixinə olan məlumata görə, Rusiya şirkətlərinin Azərbaycanın enerji sektoruna investisiyalarının həcmi 4 mlrd ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Respublikasının Energetika nazir Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans zamanı deyib.

Nazir yanacaq-enerji kompleksi sahəsində iri layihələrdə Azərbaycanda Rusiyanın “LukOil” şirkətinin iştirak etdiyini, “Rosneft” və “Qazprom” şirkətləri ilə əməkdaşlıq planlarının olduğunu qeyd edib.

Azərbaycan Energetika naziri bildirib ki, Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, yanvar-may ayları ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə Rusiya neftinin tranzitinin həcmi 990 min ton təşkil edib.

Nazir hər iki ölkənin energetika nazirliklərinin energetika sahəsində memorandumun imzalanması üçün hazırlıq gördüklərini vurğulayıb: “Əminəm ki, bu sənədin imzalanması bu sahədə əməkdaşlığın genişlənməsinə imkan yaradacaq”.

Report