XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2020 - 17:17

İdxal edilən tibbi maska və əlcəklər gömrük rüsumundan azad olundu –Hökumətdən qərar

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb. 

Strateq.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn  idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.