XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 21:44

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb- Qiymət

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 2-də qızılın qiyməti iyulun 1-i ilə müqayisədə 26,2735 manat (0,87 faiz) azalaraq 1 unsiya üçün 3 005,83 manat təşkil edib.

Gümüş 0,5121 manat (1,7 faiz) ucuzlaşaraq 1 unsiya üçün 30,477 manata bərabər olub.

Platinin qiyməti 12,24 manat (0,87 faiz) azalaraq 1 401,225 manat, palladiumun qiyməti 25,381 manat (0,8 faiz) azalaraq 3 260,906 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 54,349 manat (1,8 faiz) bahalaşıb, gümüş 0,4083 manat (1,3 faiz) ucuzlaşıb, platin 39,6015 manat (2,7 faiz) ucuzlaşıb, palladium 81,3195 manat (2,4 faiz) ucuzlaşıb.