İsveçrənin UBS investisiya bankı bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 100 ABŞ dolları artıraraq 1 800 dollardan 1 900 dollara çatdırıb.
Bu barədə Bankın qlobal aktivlərin idarəetmə bölməsinin hesabatında bildirilir.
“UBS”-in gələn ilin I yarısı üçün qiymət proqnozu isə dəyişdirilməyərək 1 800 dollar saxlanılıb.
“Qızıl 2020-ci ilin II yarısında ABŞ-dakı seçkilər, ABŞ-Çin gərginliyi və koronavirus pandemiyası kimi risklərə qarşı ən yaxşı investisiya vasitəsi olaraq qalacaq. Amma 2021-ci ilin əvvəllərindən qlobal iqtisadiyyatın özünü bərpa prosesinin başlayacağını proqnozlaşdırırıq” – deyə UBS-in analitikləri vurğulayıb. (report)