XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 13:01

Ötən il Azərbaycanda infrastruktur layihələrinə16 milyarda yaxın vəsait qoyulub

oqtay

"Ötən il dünya iqtisadiyyatında mənfi meyillər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib. Təbii ki, bu mənfi meyil Azərbaycandan da yan keçməyib. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət bu mənfi meyillərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür".

Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında bildirib.

Oqtay Əsədov ötən il ölkə iqtisadiyyatında əldə olunan uğurlar barədə danışaraq deyib: “Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub. Keçən il bu, özünü bir daha göstərib. Ötən il ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub. Ötən il ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb".

Qeyd edilib ki, 2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür.