XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 21:12

Bağlanmış bankların əmanətçilərinə 181,4 milyon manat ödənilib –ADIF

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərin 11,3 min əmanətçisinə 1 iyun – 6 iyul tarixlərində 181,4 milyon manat kompensasiya ödəyib.

Bu barədə Fonddan məlumat verilib.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-lərin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.