XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 19:21

Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi –Bu məhsullara tətbiq olunan bəzi rüsumlar ləğv olundu

Adlar verilən şərabçılıq məhsullarına görə bir sıra dövlət rüsumları ləğv edilib.

Strateq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

“Dövlət rüsumu haqqında” qanunun iki maddəsi (18.62.2 və 18.62.3) ləğv edilib. Başqa sözlə, adlar verilən şərabçılıq məhsullarına dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat və attestasiya üçün 10 manat dövlət rüsum ləğv edilib.