XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 20:30

İranda neft hasilatı son 40 ilin minimum həddinə enib –Rəqəmlər

Son vaxtlar koronavirus pandemiyası üzündən neft ixracatının və emalının kəskin azalması ilə bağlı neft saxlanc anbarları və saxlanc gəmilərinin az qala bütövlükdə dolması nəticəsində İran neft hasilatını son 40 ilin ən aşağı səviyyəsinə endirib.

“Reuters” xəbər verir ki, iyun ayında İranda gündəlik hasilat cəmi 1,9 milyon barel olub ki, bu da 1981-ci ildən bu yana ən aşağı göstərici, 2018-ci ildəki həcminin də yarısı qədərdir.

Həmçinin FGE xəbər verir ki, ölkədə gündəlik neft emalı bu ilin fevral ayındakı 1,8 milyon barelə qarşı aprel ayında 1,5 milyon barel, may ayında da 1,4 milyon barel olub.

“Kpler” xəbər verir ki, ölkənin gündəlik neft ixracatı da 2018-ci ilin aprel ayındakı 2,5 milyon barelə qarşı cari ilin may ayında 100 min barelə yaxın, iyun ayında isə 237 min barel təşkil edib.

Bütün bunların nəticəsində İrandakı neft ehtiyatları “FGE Energy”nin məlumatına görə, yanvar ayındakı 15 milyon barelə qarşı aprel ayında 54 milyon, iyun ayında da 63 milyon barelə, “Kpler”in məlumatına görə isə, hətta 66 milyon barelə çatıb ki, bu da qurudakı məcmu saxlanc həcminin 85%-i deməkdir.

Bundan əlavə, “Refinitiv”in 3 iyul tarixinə olan məlumatına əsasən, tanker gəmilərində də 56,4 milyon barel neft saxlanırdı.

Xatırladaq ki, 2018-ci ilin may ayında İranın nüvə proqramına dair əhatəli razılaşmadan (JCPOA) birtərəfli şəkildə çəkilən ABŞ bu ölkəyə qarşı həm birbaşa, həm də dolayı sanksiyalar tətbiq etməyə, yəni İranla iqtisadi ticari əlaqələrdə olan başqa ölkələrə də təzyiq göstərməyə başlayıb/Report.