XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2020 - 21:46

Azərbaycanda qızıl və gümüş bahalaşıb- Qiymət

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, iyulun 9-da qızılın qiyməti iyulun 8-i ilə müqayisədə 28,492 manat (0,93 faiz) artaraq 1 unsiya üçün 3 080,0175 manat təşkil edib.

Gümüş 0,8592 manat (2,8 faiz) bahalaşaraq 1 unsiya üçün 31,9701 manata bərabər olub.

Platinin qiyməti 21,6835 manat (1,52 faiz) artaraq 1 452,863 manat, palladiumun qiyməti 20,57 manat (0,6 faiz) artaraq 3 290,1545 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 194,1315 manat (6,7 faiz) bahalaşıb, gümüş 2,0959 manat (7 faiz) bahalaşıb, platin 34,085 manat (2,4 faiz) bahalaşıb, palladium 140,607 manat (4,1 faiz) ucuzlaşıb.