XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 12:27

Neftin qiymətləri 150 dollara yüksələcək – Proqnoz

2025-ci ilə qədər neftin qiymətləri bir barel üçün 150 ABŞ dollarına qədər arta bilər.

Bu barədə “The Wall Street Journal” nəşri yazır.

Gələcəkdə neft hasilatına investisiyaların azaldılması mümkündür. Bunu “Northern Trace Capital” şirkətinin İnvestisiya üzrə direktoru Trevor Vuds hesab edir. Onun fikrincə, belə  maliyyə təzyiqi səbəbindən 2025-ciilə qədər neftin bir barelinin qiyməti 150 ABŞ dollarına çata bilər.

Bundan başqa, investisiyanın azalması istehsalın azalmasına səbəb ola bilər. Bunu da “JP Morgan” investisiya şirkətinin analitiki Kristian Malek hesab edir. Onun fikrincə, bu halda neft bazarında tələb və təklif balansını qorumaq üçün əhəmiyyətli investisiyalar tələb olunacaq ki, bu da neftin qiymətini artıracaq.

Eyni zamanda, digər analitiklər hesab edirlər ki, bu ilin əvvəlindəki dalğalanmalardan sonra neftə olan tələbat bir müddət bərpa olunmaya bilər və bu səbəbdən də aşağı qiymətlər qalacaq.

Neft bazarındakı dalğalanmalar martın 6-da, OPEC+ iclasında iştirak edənlərin yekdil qərara gələ bilməməsi ilə başlayıb. Danışıqların uğursuzluğundan sonra neftin qiyməti 30% ucuzlaşdı.  May ayında bağlanmış sazişə əsasən, OPEC+ sazişində iştirak edən ölkələr 2022-ci ilin aprelinə qədər neft hasilatının tempinin azaldılması ilə bağlı razılığa gəliblər. Bundan sonra neftin qiyməti artmağa başlayıb. (report)