XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 İyul 2020 - 19:24

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərdi.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.