XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 13:09

Binəqədi İcra Hakmiyyəti günahı üzərindən atdı: “Biz deyil, şirkət məsuliyyət daşıyır”

Binəqədi rayon İcra Hakmiyyəti baş verən güclü yanğına görə məsuliyyəti öz üzərindən atıb.

İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov Azvision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür:

“Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.
Qeyd edək ki, yanğın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verib. Hazırki məlumata görə, hadisə nəticəsində 15 nəfər ölü, 61 nəfər isə yaralanıb.