XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2020 - 13:12

Avronun dollara qarşı məzənnəsi dördaylıq maksimuma çatıb

Avropa İttifaqının bir çox ölkəsinin COVID-19 pandemiyasına qarşı stimullaşdırıcı paketinin qəbul edəcəyi ümidləri fonunda bu gün avronun ABŞ dollarına qarşı məzənnəsi dördaylıq maksimuma çataraq 1,14 dollar təşkil edib.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, son aylar ərzində dolların məzənnəsi virusa qarşı vaksinin düzəldilməsi xəbərləri və ABŞ-da inflyasiyanın artımı fonunda nisbətən stabil idi.

Qeyd edək ki, hazırda dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1440 dollar təşkil edir.