XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2020 - 00:04

Samir Şərifov:"Azərbaycanda büdcədənkənar fondlar üzrə daxilolmalar proqnozdan az olub"

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9% və yaxud 338 milyon manat çox icra olunub.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“O cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə büdcə daxilolmaları proqnozdan 327 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə isə 98 milyon manat çox olub.

Azərbaycan Dövlət Neft Fondundan transfertlər 100% baş tutub. Sair daxilolmalar proqnozu 15 milyon manat üstələyib, büdcədənkənar fondlar üzrə daxilolmalar isə proqnozdan 102 milyon manat az olub”, – deyə nazir qeyd edib/Report.