XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2020 - 13:39

Azərbaycanda minik avtomobillərinin istehsalı bərpa olunub –DSK

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 873 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% və ya 239 ədəd azdır.

Bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, cari ilin ilk 6 ayında ölkədə 105 ədəd traktor istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 85% azdır.

Ümumiyyətlə, hesabat dövründə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 146,2 mln. manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1%, sair nəqliyyat vasitələrinin istehsalı 57,2%, maşın və avadanlıqların istehsalı isə 16,2% artıb.

Qeyd edək ki, bu ilin aprel və may aylarında Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdı. Bu ilin yanvar-mart aylarında isə ölkədə 672 ədəd minik avtomobili istehsal olunmuşdu ki, bu da illik ifadədə 2,4 çoxdur. Göründüyü kimi, Azərbaycanda minik avtomobillərinin istehsalı yalnız iyun ayında bərpa olunub.