XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 10:32

Şahmar Mövsümov:"Orta müddətdə neftin qiymətinin hazırkı səviyyədə qalması daha çox ehtimal olunur"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov neft bazarı və neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Ş. Mövsümov deyib ki, neftin qiyməti tələbat və istehsaldan asılıdır və bu gün pandemiya ilə əlaqədar istehlak, neftə tələbat azalıb: “Buna reaksiya olaraq “OPEC+” ölkələri gündəlik istehsalı təxminən 12 milyon barel azaldıb. Bu, bazarda qiymətin tarazlaşmasına imkan verib. Bu ilin sonuna, gələn il üçün neftin qiyməti ilə əlaqədar proqnoz vermək üçün istehlak və istehsalın necə dəyişəcəyinə baxmalıyıq. Növbəti mərhələdə pandemiya bu şəkildə davam etsə, deməli, istehlak, yəni tələb artmayacaq. Ancaq pandemiya səngisə, insanlar virusla yaşamağa öyrəşdikcə, tələbat da yavaş-yavaş artacaq. Bu da nəticə etibarilə neftin qiymətinin artmasına gətirib çıxaracaq. Eyni zamanda istehsalda da bir az ehtiyatımız var, o ehtiyatlarda da artımımız olacaq”.

Ş. Mövsümov onu da qeyd edib ki, neftin qiyməti ilə bağlı uzunmüddətli dövr üçün hər hansı proqnoz vermək çətindir: “Amma orta müddətdə neftin qiymətinin hazırkı səviyyədə qalması daha çox ehtimal olunur”.

APA