XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 15:51

Mərkəzi Bank:“Bu məlumat ictimailəşsə, bankın vəziyyəti daha da pisləşər”

“Banklara qoyulan qadağaların ictimailəşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş formaları var. Hansısa bir banka əmanətin qoyulmasına qadağanın qəbul olunmasını ictimailəşdirmək olmur”.

Bunu “Report”a bağlanan banklar tərəfindən əmanət qəbulunu qadağan edilməsinə baxmayaraq cəlb edilməsi məsələsini şərh edən Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin I müavini Alim Quliyev deyib.

O bildirib ki, bu məlumat ictimailəşsə bankın vəziyyəti daha da pisləşər:

“O zaman insanların həmin bankda olan əmanətlərinin bir anın içində çəkməsi problemi yaranardı. Əgər bir vətəndaş bilsə ki, bu banka əmanətin qəbulunu qadağan ediblər, onda orda kim vəsaitini saxlayar?”.

AMB rəsmisi deyib ki, gələcəkdə belə halların olmaması üçün qanunvericiliyə yenidən baxılacaq:

“O istiqamətdə tədbirlər görülür. Ümumiyyətlə əmanətlərin sığortalanma mexanizminin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank təkliflər hazırlayır. Yəqin ki, ilin sonuna qədər qəbul olunar”.

Mərkəzi Bankın sədrinin müavini Aftandil Babayev isə həmin məlumatların açıqlanmasının maliyyə sabitliyinə zərər vura biləcəyini qeyd edib: “Həmin məlumatların açıqlanması həm bankın özünün vəziyyətinə, həm də maliyyə sabitliyinə ciddi zərbə vurar”.