XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 19:13

Ərdoğan:"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb"

“Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub.

Türkiyə Prezidenti yük daşımalarının artıq Pekindən Londona qədər fasiləsiz daşındığını da qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona yaxın yük daşınıb/APA.