Yanvar-iyun aylarında Azərbaycana 289 milyon 912 min ABŞ dolları dəyərində 23 min 413 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 76-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 21 min 917-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1345-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 75-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.