XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 12:07

Dollar kreditləri ilə bağlıgüzəştlər başladı

dollar

"Bank of Baku” krediti dollarda olan müştərilərə güzəşt edib. Bankdan fins.az-a verilən məlumata görə, dollar borcu olanlar bu gün və sabah banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər.

Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən – minimum 10%-dən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün kommissiya haqqı nəzərdə tutulmayıb.

Strateq.az