XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2020 - 11:25

Qızıl bahalaşıb – Qiymət tarixi rekordu yeniləyib

Qızılın qiyməti 2011-ci ilin sentyabr ayında müəyyənləşdirilmiş tarixi rekordu yeniləyib, başqa sözlə, bir unsiya üçün 1 911,6 dollar səviyyəsini üstələyib.

Bunu birja sövdələşmələrinin məlumatları göstərir.

Belə ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust ayı üçün fyuçersinin qiyməti 1 troy unsiyası üçün 1 911,7 dollara yüksəlib.

Gümüşün sentyabr ayı üçün fyuçersləri isə bir unsiya üçün 23,405 dollara qədər yüksəlib. (report)