XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 19:10

Azərbaycan əhalisinin nağd avro alışı kəskin azalıb –AMB

Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 14 051 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 2 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə əsasən, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 12,2% azalıb.

Bundan başqa, iyun ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 6 425,5 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə azdır. Aylıq müqayisədə isə artım 35,8% bərabər olub.