XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2020 - 15:41

“Fitch”:"Neftin qiyməti artacaq"

“Brent” markalı neftin qiyməti gələn ilədək 45 ABŞ dolları ətrafında, 2022-ci ildə 53 dollar, sonrakı dövrdə isə 55 dollar səviyyəsində olacaq.

“Report” xəbər verir ki, “Fitch Ratings” agentliyinin bazarın gələcək inkişafına dair araşdırmasına görə “WTI” markalı neft “Brent”ə nisbətən dollaradək ucuz satılacaq.

Neftin bahalaşmasının isə daha çox OPEC+ çərçivəsində hasilatın ixtisarı nəticəsində baş verəcəyi qeyd olunur.

“Bizim gümanımıza görə OPEC+ hasilatın böyük qalığına, yaxud kəsirinə yol verməmək üçün 2020-ci ilin aprel ayında əldə edilmiş və iki ilə nəzərdə tutulan razılaşmanı vaxtaşırı dəyişdirəcək. Bu da neft qiymətlərinin tədricən əvvəlki səviyyəyə qayıdacağına dair gözləntilərimizə uyğundur”, – sənəddə deyilir.