XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

30 İyul 2020 - 19:35

“Fitch”:"Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək"

“Fitch” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. ABŞ dollar təşkil edəcək. Bu, 23 aylıq idxalı ödəmək üçün kifayətdir.

Məlumata görə, proqnoz ötən ilin yekununda qeydə alınan göstərici ilə müqayisədə 22,6% azdır. “Fitch” qeyd edir ki, Azərbaycanın güclü xarici balansı aşağı neft qiymətlərinin mənfi təsirini demək olar ki, bütövlüklə zərərləşdirir.

Qeyd edək ki, bu ilin iyul ayının 1-nə ölkənin strateji valyuta ehtiyatları 49,6 mlrd. dollar təşkil edib. Strateji valyuta ehtiyatları Azərbaycan Dövlət Neft Fondunun aktivlərindən (43,2 mlrd. dollar) və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından (6,4 mlrd. dollar) ibarətdir/APA.