XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyul 2020 - 22:45

Azərbaycanda qızıl bahalaşır- Qiymət

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 29-da qızılın qiyməti iyulun 28-i ilə müqayisədə 16,584 manat (0,49 faiz) artaraq 1 unsiya üçün 3 335,766 manat təşkil edib.

Gümüş 0,2031 manat (0,49 faiz) ucuzlaşaraq 1 unsiya üçün 41,01 manata bərabər olub.

Platinin qiyməti 13,948 manat (0,87 faiz) azalaraq 1 592,05 manat, palladiumun qiyməti 226,491 manat (5,86 faiz) azalaraq 3 635,841 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 324,5725 manat (10,8 faiz) bahalaşıb, gümüş 10,6418 manat (35 faiz) bahalaşıb, platin 184,127 manat (13,2 faiz) bahalaşıb, palladium 372,878 manat (11,4 faiz) bahalaşıb.