XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2016 - 20:39

Azərbaycan və Türkiyə “sadələşdirilmiş gömrük dəhlizi”itətbiq edəcək

1458227765895113164_1000x669

Azərbaycan və Türkiyə arasında hərəkət edən mal və nəqliyyat vasitələri üçün “sadələşdirilmiş gömrük dəhlizi”nin tətbiq edilməsi məqsədilə memorandum layihəsinin hazırlanması barədə razılıq əldə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu razılıq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri zamanı əldə edilib.

Martın 16-17 tarixlərində gerçəkləşən səfərdə məqsəd Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyində Azərbaycan və Türkiyə arasında gömrük sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı danışıqlar aparmaqdır.

İkitərəfli görüş zamanı ticarətin təhlükəsizliyini təmin etmək məqsədilə iki ölkə arasında hərəkət edən mal və nəqliyyat vasitələri üçün “sadələşdirilmiş gömrük dəhlizi”nin tətbiq edilməsi məqsədilə memorandum layihəsinin hazırlanması barədə razılıq əldə edilib.

Bundan başqa, mal və nəqliyyat vasitələri üzrə elektron məlumat mübadiləsinin həyata keçirilməsi məsələsi də müzakirə edilib və bu layihənin tətbiqi ilə bağlı hər iki ölkənin gömrük xidməti əməkdaşlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb və iş qrafiki müəyyən edilib.

İkitərəfli görüşlərdə gömrük əməkdaşlığının genişəndirilməsinə dair müzakirələrdən sonra Azərbaycan nümayəndə heyəti risklərin avtomatlaşdırılmış idarəetmə sistemi, “Hədəf” mərkəzinin iş prinsipi, yükdaşımalarda gömrük nəzarətinin tətbiqi üsulları, irihəcmli yüklərin skanlaşdırılması və mərkəzi idarəetmə sistemi vasitəsilə izlənməsi ilə bağlı görülən işlərlə tanış olub.

Eyni zamanda, gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi üçün Türkiyə Gömrük Xidməti mütəxəssislərinin Azərbaycana səfəri məsələsi də müsbət həllini tapıb.