XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2020 - 15:56

Azərbaycanın dövlət borcunun ÜDM-nə nisbəti artıb –Maliyyə Nazirliyi

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bununla belə, I yarımildə dövlət borcunun ümumu daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.