XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2020 - 20:19

Səhiyyə xərcləri rekord səviyyədə artırılır –Azərbaycanda

“Hazırda təqdim etdiyimiz büdcə layihəsində bəzi xərclərimiz artırılır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

“O cümlədən səhiyyə xərcləri rekord səviyyədə artırılır. Cari xərclərin artımı zənnimizcə müvəqqəti xarakter daşımalıdır. Koronavirus pandemiyası başa çatdıqdan sonra biz bundan çıxış dayaqlarımızı hazırlamalıyıq. Büdcə qaydası müvəqqəti dayandırılır. İndiki dövrdə biz bunu mütləq dayandırmalıyıq, çünki başqa yolumuz yoxdur”, – deyə o, qeyd edib/Report.