2007-ci ildən bu il martın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 457 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə Azərtac-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-fevral aylarında isə Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 14 milyon dollar vəsait daxil olub.