XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 06:21

Mərkəzi Bank banklara xüsusi tapşırıq verdi – Rəsmi

Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı ölkədəki bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankda (AMB) ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

Mərkəzi Bankdan Strateq.az-a daxil olan məlumatda bildirilir ki, tədbirdə beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminalların fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, bəzi istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb:

“Bununla bankomat şəbəkəsi kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməli, həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqi aparılmalı, tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcılar POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılmalı, tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinq aparılmalıdır”.

Strateq.az