XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2020 - 09:57

Bayden:“Çinlə ticarət sazişi iflasa uğrayır”

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Çin ilə ticarət sazişinin çökdüyünü açıqlayıb.

Bu barədə “Reuters” xəbər verir.

“Trampın (ABŞ prezidenti Donald Tramp – Red) ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnir, iflasa uğrayır”,– o, bildirib.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu ilin iyun ayında ABŞ və Çin arasındakı ticarət kəsiri may ayına görə 5 faiz artıb.

Bundan əlavə, ABŞ Ticarət Departamentinin məlumatları Pekinin Amerika mallarını almaq öhdəliyini yerinə yetirmədiyini göstərir/Report.