XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 13:02

Nazir söz verir: “Süni yaradılmış qiymət ajiotajını aradan qaldıracağıq”

Eyyub Hüseynov: “Məmurun barmaq silkələməsiylə qiymətlər aşağı düşməyəcək”

Картинки по запросу eyyub hüseynov

“APA-Economics”in məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirə zamanı deyib: “Bayram yarmarkalarını bu il də keçən il olduğu kimi 5-6 gün keçirməyi planlaşdırırıq. Bu il yenilik ondan ibarət olacaq ki, daha bir neçə yerdə əlavə yeni yarmarkaların açılmasını nəzərdə tuturuq. çalışacağıq ki, bazara daha çox məhsullar çıxarmaqla süni yaradılmış qiymət ajiotajını aradan qaldıraq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun strateq.az-a söylədiyinə görə isə, nazir bu cür danışarkən ölkənin iqtisadi reallığından çıxış etmir: “Qiymətlərin aşağı salınmasının yeganə yolu ölkədə məhsul bolluğu və azad rəqabət imkanı yaratmaqdadır. Məmurun barmaq silkələməsiylə qiymətlər aşağı düşməyəcək. Görünür, Heydər Əsədov həmin sözləri deyərkən bazarı tənzimləyən elementar qaydanı – tələb və təklif mexanizmini unudur”.

Ekspertin sözlərinə görə, “Prezident İlham Əliyev “Süni qiymət artımına imkan verməyəcəyik” deyərkən monopolistlərin vəziyyətdən yararlanmaq cəhdlərinin və kartel sövdələşmələrinin qarşının alınacağına işarə etdiyini nazir düzgün şərh etmir. Bu gün bazara mal gətirənlər aqrar sahədə çalışanlardır və onların hansı məşəqqətlə məhsul yetişdirdiyi yaxşı məlumdur. Kənd təsərrüfatı naziri çalışmalıdır ki, fermerlərin və fərdi təsərrüfart sahiblərinin fəaliyyət şəraiti yaxşılaşsın”.

Fərzuq Seyidbəyli