XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 Avqust 2020 - 17:11

Neft yenidən ucuzlaşacaq? –Səudiyyə Ərəbistanı alıcılara ucuz neft təklif edir

“Saudi Aramco” dövlət neft şirkəti 2020-ci ilin sentyabrında Avropa və Asiya bazarları üçün neftin qiymətində endirimlər elan edib.

Mütəxəssislərin fikrincə, bu, neft bazarında qiyməti sabit saxlamaq üçün hasilatın aşağı salınması ilə bağlı Azərbayanın da iştirakçısı olduğu Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) + sazişini təhdid edir. Onlar hesab edir ki, bu, yayda yaranan optimal qiymət səviyyəsini aşağı sala və digər böyük neft ixracatçıları ilə qiymət “müharibəsi”ni canlandıra bilər.

Neft qiymətlərində bu endrimlərin 2-2,5 dollar həcmində olacağı bidlrilir. SəudiyyəƏrəbistanından sonra Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti də neft qiymətlərini aşağı salır, bu iri “qara qızıl” ixracatçıları əlavə həcmdə neft ixrac etməyə hazırlaşırlar.

“Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, SəudiyyəƏrəbisatnının öz neftinin qiymətinə endirim etməsi ümumilikdə neftin qiymətinin enməsi üçün təhlükə yaratmır:“Səudiyyə Ərəbistanı ildə bazara 650-700 milyon ton neft çıxarır. Mal çoxdursa, onu sabit satmalısan. Odur ki, Səudiyyə Ərəbistanı daim öz müştərilərinə endirimlər edir. Bu endirimlər də 2-2,5 dollar arasında dəyişir və həmişə olub”.

Mərkəz rəhbəri deyib ki, Səudiyyə Ərəbisatnı yalnız bu ilin aprel ayında Brend markalı neftin bazar qiymətindən 10 dollar aşağ neft satıb, bu zaman neftin dəyəri çox aşağı düşüb. Onun fikrincə, səbəb də bu idi ki, koronavirus pandemiyası ilə bağlı hərəkət məhdud idi, enerjiyə tələbat azalmışdı.

İ. Şabana görə, indi əks proses baş verir, bu da onu göstərir ki, enerjiyə tələbat artır:“Azərbaycanın nümunəsində də görürik ki, aprel-may aynda enerjiyə olan tələbatla indiki tələbat arasında fərq var, hərəkət artıb. Hələ o andır ki, rayonararsı nəqliyyatın hərəkətinə məhdudiyyət var. Rayonlararası hərəkət bərpa edildikdən sonra tələbat daha da artacaq”. İ. Şabana görə, hazırda dünyada xammalı satmaq urğrunda mübarizə gedir.

İqtisadçı Natiq Cəfərli isə fərqli düşünür. O, deyib ki, may-iyun aylarında neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşması 9,7 milyon barel azalmanı nəzərdə tuturdu. O, qeyd edib ki, avqustun 1-dən isə bu 7,5 milyon barelə düşdü.

İqtisadçının sözlərinə görə, indi problem budur ki, dünyada neftin istehlakının artm tempi gözləntiləri doğrultmur: “Yəni, istehlak əvvəlki qaydada artmır. Gözlənilirdi ki, heç olmasa avqust-sentyabr aylarında dünya üzrə istehlak ciddi şəkildə artacaq və neft istehlakının artması bazarın sabitləşməsinə səbəb olacaq, bu da baş vermir”.

Ekspert bildirib ki, bir çox dünya ölkələrin iqtisadiyyatında ciddi daralma, hələ, davam edir.

N.Cəfərlinin vurğulayıb ki, Avropa Birliyində daralma 11, Fransada isə 13.8 faizə çatıb, bu isə neftə olan tələbatın artmaması deməkdir:“Belə bir şəraitdə SəudiyyəƏrəbistanının endirimə gedərək daha çox müştəri cəlb etmək istəməsi isə neft bazarında sabitliyə mənfi tsir göstərəcək”.

N.Cəfərlinin qeyd edib ki, OPEC + anlaşmasının növbəti mərhələsi sentyabrda başa çatır, sonra yenidən 1, 1 milyon barel azalma olacaq. İqtisadçı deyib ki, hazırda 7,5 milyon barel azalma varsa, oktyabrın 1-dən 6,4-6,6 milyon barel arasına düşə bilər: “Bu da o deməkdir ki, neft bazarını daha çətin günlər gözləyir. SəudiyyəƏrəbistanı qabaqlayıcı addımlarla neft bazarında hegemon mövqeyini artırmağı düşünür. Bu OPEC + anlaşmasına ciddi təhdid yaratmasa da ümumilikdə bu ölkələrin birgə anlaşmalarına, neft qiymətlərinə ciddi mənfi təsir göstərə bilər. Neftin qiymətinin yenidən bir neçə dollar aşağı düməsinə şahid ola bilərik”.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin bu il aprelin 12-də keçirilmiş videokonfransı gündəlik neft hasilatının mayın 1-dən 2022-ci ilin aprel ayınadək mərhələlərlə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib.

Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq. Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər. Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb.

Hazırda neftin 1 barelinin qiyməti 45 dollar civarındadır. Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin 1 bareli 55 dollar götürülmüşdü. İndi bu rəqəm büdcəyə edilən dəyişikliklə 35 dollara endirilib. (azadliq.org)