XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 Avqust 2020 - 23:12

Avqustun 14-dən problemli əmanətlərin qaytarılmasına başlanılacaq- Detallar

Avqustun 14-dən problemli əmanətlərin qaytarılmasına başlanılacaq.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Azərtac-a bildirilib ki, ləğv prosesində olan “AtaBank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “AtaBank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, ləğv prosesində olan “AtaBank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilən, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “AtaBank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.