XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 20:11

Azad ticarət zonası 2017-ci ildəntam fəaliyyət göstərəcək

1458313732992829322_1000x669

"Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın 2017-ci ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik".

Azərtac xəbər verir ki, bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru T.Ziyadov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Ələtdə yerləşən Bakı Limanında azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması barədə sərəncam bizim “hab” strategiyamızın əsas tərkib hissəsidir.

Onun sözlərinə görə bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib: “Bakı Limanı İqtisadiyyat Nazirliyi ilə birlikdə 6 ay ərzində beynəlxalq mütəxəssisləri cəlb etməklə, hüquqi baza hazırlayacaq. Bu zonanın gələn ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik. Bununla da Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək”, – deyə T.Ziyadov vurğulayıb.

Həmçinin baş direktor bildirib ki, Limanın sahəsi 400 hektardır və bu ərazinin 100-115 hektarında azad iqtisadi zona yaradılacaq. Əgər bu zonanın yaradılmasında 100-115 hektar ərazi kifayət etməzsə, o zaman Bakı Limanının sahəsini genişləndirə bilərik.