Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19,558 mln ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6,398 mlrd ABŞ dolları təşkil edib.
Bu ilin yeddi ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 0,02% çox, dəyəri isə 33% azdır.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 70,07% olub.