XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 19:53

Bu obyektlərdə qaydalar pozulub –Siyahı

Sahibkarlıq subyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir.

Strateq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, monitorinq aparılmış 1137 obyektin 107-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.

“İqtisadiyyat Nazirliyinin avqustun 17-də keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər rayonunda “Aptek 361”də, Həzər Rəhimova, Fərhad Əhmədova, Əhmədağa Xəlilova məxsus mağazalarda, Nərimanov rayonunda “Dekastar Company” MMC-yə məxsus “İnşaat Materialları Mağazası”nda, “Sofuoğlu Mağaza”da, “Fırat-Boru Mağazası”nda, “Kravit Mağazası”nda, “İDEA Elektrik Malları” mağazasında, “Simpatiya Gözəllik Salonu”nda, “NET Elektrik Mağaza”da, “Hilal Elektrik” pərakəndə ticarət obyektində, Suraxanı rayonunda “Araz Sun Store”da, Mamed İsmayılova məxsus ərzaq mağazasında, Pərviz Yadigarova məxsus ictimai-iaşə obyektində, Sabunçu rayonunda “Nur Market”də, “İL Market”də, “Vorne Profil Mağazası”nda, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Qaradağ rayonunda “Norma M” MMC-yə məxsus “Aptek”də, Qurban Paşayevə məxsus yanacaqdoldurma məntəqəsində, Binəqədi rayonunda “Mirkamran Market”də, “Elit Aptek”də, İlqar Şirinova, Yusif İsmayılova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Tural Market”də, “Favorini geyim mağazası”nda, “Aptek 538”də, “Buta Farım Aptek”də, Ramiz Cəfərova məxsus “Elektrik mağazası”nda, Nəsimi rayonunda “Dönər Sular” ictimai iaşə obyektində, “Yuva Market”də, “Aztürk Aptek”də, “Goodluck Tədris Mərkəzi”ndə, “Can Aptek”də, Yasamal rayonunda Bəhruz Ələnmədova, Günay Əsgərovaya məxsus mağazalarda, Sevil Məmmədovaya məxsus gözəllik salonunda, Xətai rayonunda “Kokett Mağaza”da, “Qlobus Market”də, “Yağmur Mebel”də, Musa Alıyevə məxsus “Mebel Salonu”nda, Səbail rayonunda “İl Patio”, “Gucci Geyim” pərakəndə ticarət obyektlərində, “Naomi Beauty Bar Mağaza”da  sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.”