XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2020 - 13:55

Bu il Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya yönəldilib

Bu ilin yanvar-iyul ayları ərzində xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 mln. manat vəsait yönəldilib.

APA-Economics” bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 mln. manatı  və ya 87,6%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub. 

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.