XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 11:59

Gürcüstan Azərbaycandan qaz və neft idxalını azaldıb –Statistika İdarəsi

Bu ilin ilk 7 ayı ərzində Gürcüstan Azərbaycandan 999 mln kubmetr həcmində təbii qaz idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi qazın həcmində 4,6% azalma qeydə alınıb.

Yanvar-iyulda Gürcüstan Azərbaycandan 33,1 mln ABŞ dolları dəyərində 115 min ton neft və neft məhsulları tədarük edib. İllik müqayisədə məhsulların həcmi 1,58% azalıb. (report)