XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 23:30

“Enerji sektorunda aparılan islahatlar Azərbaycanın ixrac imkanlarını genişləndirəcək”- Deputat

Avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” elektrik yarımstansiyasının təməlinin qoyulması Azərbaycanın enerji sektorunda vacib hadisələrdən hesab olunur.

Azərtac xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, son illər aparılan islahatlar Azərbaycanı enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevirib. Nəzərə alsaq ki, əgər 2006-cı ildə Azərbaycan illik olaraq saatda 1,7 milyon kilovat elektrik enerjisi idxal edirdisə, 2020-ci ildə bu rəqəm Azərbaycanın saatda 1,5 milyon kilovata yaxın enerji ixracatına çevrilib. İstehsalın ötən müddətdə qorunub saxlanması fonunda istehlakın azalmasını müşahidə etmişik. İstehlakın azalması da 2 faizin kəskin aşağı salınması ilə bağlı idi. Belə ki, 2006-cı illə müqayisədə enerji sektorunda itki 42 faizdən 9 faizə qədər aşağı salınıb. Bu da təbii ki, tələbin ödənilməsində rasional bir yanaşma idi. Çünki istehlak azalsa da, tələb artıb. 2006-cı illə müqayisədə abonentlərin sayı 1,7 milyondan 2,7 milyon nəfərə qədər artıb”.

“Tələbin artması fonunda bu sektorda aparılan islahatlar imkan verir ki, Azərbaycan optimallaşdırılmış istehsalla tələbi ödəyə bilsin. Bu sektorda həyata keçirilən islahatlar növbəti dövrlərdə də Azərbaycanın ixrac imkanlarını genişləndirəcək, ölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Praktik olaraq son illər biz bu sektorda infrastrukturun genişləndirilməsinə xidmət edən tədbirlər fonunda Azərbaycanın enerji sektorunun həm ixrac, həm də tələbin ödənilməsi baxımından yeni mərhələyə qədəm qoymasını müşahidə edirik”, – deyə deputat qeyd edib.