XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 20:16

Mərkəzi Bank:"FES-in qərarı manatın məzənnəsinə təsir etmir"

merkezi bank

Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi ABŞ Federal Ehtiyat Sisteminin (FES) hansı qərar qəbul etməsindən yox, valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.

Fins.az-ın məlumatına görə, bu barədə AMB-dən bildirilib. 

"Xarici valyutaya olan tələb əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmindən asılıdır. Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir. Bundan başqa ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir", – deyə məlumatda qeyd edilib.