Azərbaycan şirkətləri Rusiya bazarına bu ilin əvvəlindən dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, məhsul tədarükü 11-14 fevral tarixlərində Moskvada keçirilən “Prodexpo 2020” sərgisində 14 mln. manat dəyərində imzalanan müqavilə çərçivəsində həyata keçirilib.
Müqaviləyə əsasən Azərbaycan şirkətləri Rusiya bazarına müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsullar ixrac ediblər.
Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, Covid-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.