Dünyanın ən zəngin adamı, ABŞ-ın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos dünya tarixində sərvəti 200 mlrd. dolları keçən ilk milyarder oldu.
“APA-Economics”in “Forbes”a istinadən verdiyi məlumata görə, buna baxmayaraq, milyarder bu pillədə çox qalmayıb. Belə ki, onun çərşənbə günü Bezosun sərvəti 199,7 mlrd. dollar həcmində qiymətləndirilib. Buna baxmayaraq, hətta bu göstərici ilə Bezos dünya milyarderlərinin ilk pilləsindədir. İyulun əvvəlindən bəri milyarderin sərvəti artmaqdadır. İyulun 2-də Bezosun sərvəti 4 sentyabr 2018-ci ildə əldə edilmiş əvvəlki rekordu yeniləyib və 172 mlrd. dollar təşkil edib.
Bu vəziyyət “Amazon” səhmlərinin dəyərində davamlı artım fonunda müşahidə olunur – çərşənbə axşamı günün sonunadək bir səhmin dəyəri 1,18% artaraq 3 346,49 dollara çatıb, şirkətin kapitallaşması isə 1,68 trln. dollara yüksəlib. Bezos “Amazon”un 11,1% səhmlərinə sahibdir. O, 2017-ci ildən bəri “Forbes”in ən zəngin adamları reytinqinə başçılıq edir.