XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 16:31

“Üçtərəfli əməkdaşlıq formatı geniş imkanlar açır” –Ceyhun Bayramov

“Biz üçtərəfli əməkdaşlıq formatının böyük gələcəyinin olduğunu hesab edirik”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı Şimal-Cənub nəqliyat dəhlizinin inkişafında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində iki ölkə arasındakı əlaqələrə dair suala cavab verərkən bildirib.

“Rusiya, Azərbaycan və İran arasında ciddi əməkdaşlıqdan danışırıq. Son illər çox böyük işlər görülüb, bunun nəticələri göz qabağındadır. Belə ki, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri boyu daşımaların həcmi daha da artıb”, – deyən nazirin sözlərinə görə, hazırda Azərbaycan və Rusiya sərhəd məntəqələrindən buraxılış işlərini təkmilləşdirmək istiqamətində əlavə tədbirlər hazırlayırlar.

“2019-cu ilin dekabr ayında Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən yeni körpü istifadəyə verildi. Azərbaycanda Bakıdan İran sərhədinədək yeni magistral yolun tikintisi başa çatdırılıb. Qarşıdakı aylarda isə Bakıdan Rusiya sərhədinədək magistral yol tikilib qurtaracaq. Yəni bu baxımdan vəziyyət xeyli ürəkaçandır”, – C.Bayramov fikrini tamamlayıb/Report.