XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 16:58

Yerli bal rəqabətə tab gətirmir –Assosiasiya

Azərbaycanda arıçılıq sahəsini sektor kimi qorumaq üçün ölkəyə idxal olunan ballara məhdudiyyət qoyulmalıdır.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, Assosiasiya tərəfindən bu məsələyə dair bir neçə dəfə təkliflər irəli sürülüb və baxılmaqdadır: “Daxili bazarda həddindən çox idxal olunan bal məhsulları var və yerli məhsul, əlbəttə ki, rəqabətə tab gətirmir. Məsələn, Rusiyada 100 hektarlarla əkin sahələri var ki, bu ərazilərdən əldə olunan balın maya dəyəri təxminən 1 ABŞ dollara başa gəlir. Azərbaycanda isə bal istehsalı əsasən vəhşi təbiətə bağlıdır. Ona görə də bizdə maya dəyəri daha yüksəkdir. Belə olduğu təqdirdə yerli məhsul idxal olunanla rəqabət apara bilmir”.

Assosiasiyasının sədri əlavə edib ki, dünyanın bəzi ölkələrinin praktikasında, misal olaraq İsrail və Avstraliyada, bal idxalına qadağalar tətbiq edib: “Türkiyədə bal idxalına elə bir rüsum tətbiq olunub ki, bal idxalı ümumiyyətlə sərf etmir. Eyni praktika Xorvatiyada da tətbiq olunur”.

Yerli məsulun qiymətinə gəldikdə, B. Həsrətov qeyd edib ki, hazırda 1 kq balın orta qiyməti 20-25 manat təşkil edir və bu qiyməti endirmək hələ mümkün olmayıb.

“Hədəfimiz bu qiyməti 15 manata endirməkdir. Lakin burada məsələ balın maya dəyərinə söykənir. Bildiyiniz kimi, biz əksər avadanlıqları xaricidən idxal edirik. Bu baxımdan da yerli valyutanın dollara olan nisbətini nəzərə alaraq, hələ məhsulun qiymətini aşağı salmaq alınmır. Bunun üçün, əlbəttə ki, istehsalı əhəmiyyətli dərəcədə artırmaq gərəkdir. Bu, öz növbəsində, qiymətlərin azaldılmasına imkan yaradacaq”, – deyə B. Həsrətov əlavə edib.