XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 12:38

Azərbaycanın Türkiyənin qaz bazarındakı payı son 3 ildə iki dəfə artıb –EPDK

Bu ilin yanvar-iyun aylarında Türkiyə Rusiyadan qaz idxalını 43% azaldaraq 4,6 mlrd. kubmetrə endirib.

Bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) məlumatında deyilir.

Bunun əvəzinə hesabat dövründə Türkiyə Azərbaycandan qaz idxalını 23% artıraraq 5,5 mlrd. kubmetrə çatdırıb.

EPDK-nın məlumatına görə, son 3 ildə Türkiyənin qaz bazarında Azərbaycanın payı iki dəfə artıb, Rusiyanın payı yarıyadək, İranın payı isə iki dəfəyədək azalıb. (apa)