XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 19:11

“Azərkosmos” 27 ölkəyə 28,1 milyon dollar dəyərində xidmət ixrac edib –“İxrac İcmalı”

2020-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.