XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2020 - 19:17

Neft Fondunda dəyişiklik –İcraçı direktora yeni müşavir təyin olundu

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoruna yeni müşavir təyin edilib.

Fonddan Strateq.az-a verilən məlumata görə, bu vəzifəyə təyin olunan Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.