XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 23:48

Hindistanlı nazir:"Sabah ABŞ-la ticarət sazişini imzalamağa hazıram"

Nyu-Dehli artıq sabah ABŞ-la ticarət sazişini imzalamağa hazırdır, amma konkret müddətlər Amerika tərəfindən asılıdır.

TASS xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin, həmçinin Dəmir Yollarının başçısı Piyuş Qoyyal bildirib.

Vaşinqtonda ABŞ və Hindistanın strateji əməkdaşlığının virtual forumunda çıxış edən Piyuş Qoyyal deyib: “ABŞ-da daxili siyasi vəziyyət icazə verən kimi biz hər şeyi yekunlaşdıra bilərik. Mən hərçənd sabah onu imzalamağa hazıram”.

“Mən indi Laythayzerlə (ABŞ-ın ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer – red) danışıqlar apardım. Hər ikimiz bunu seçkilərə qədər, əks təqdirdə seçkilərdən az sonra etmək imkanına baxmağı razılaşdırdıq”, – Qoyyal əlavə edib/Report.