XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 17:41

FAO qlobal taxıl yığımı proqnozunu 25% azaldıb –Hesabat

Birləşmiş Millətlər Təşkilatının qida və kənd təsərrüfatı təşkilatı olan FAO avqust ayında bu il dünya taxıl istehsalı proqnozunu iyul ayına nisbətən 25% azaldıb, lakin məhsul hələ də yüksək səviyyədə qiymətləndirilir.

Bu barədə qurumun hesabatında deyilir.

Yeni qiymətləndirmə 2 milyard 765 milyon tondur ki, bu da keçən ilə nisbətən 58 milyon ton çoxdur. Bu, rekord həcmdə məhsuldarlıq olacaq.

Proqnozdakı azalma ilk növbədə yem taxıllarını təsir edib. Yeni qiymətləndirmə 1 milyard 496 milyon tondur ki, bu da iyul proqnozundan 23,5 milyon ton azdır. Bu, əkin sahələrinin gözləniləndən az olduğu ABŞ-da qarğıdalı istehsalı proqnozunun yenidən nəzərdən keçirilməsi ilə əlaqədardır. Bundan əlavə, qasırğa məhsuldarlığın aşağı düşməsinə və məhsul növlərinin pisləşməsinə səbəb olub.

Dünya buğda istehsalı proqnozu 1,4 milyon ton azalaraq 760,1 milyon tona, arpa istehsalı isə 1,2 milyon ton azalaraq 154,2 milyon tona endirilib. (report)